Yuxarı

"Nənələr"in üzvünün oğlu müharibədə öldürüldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nənələr"in üzvünün oğlu müharibədə öldürüldü - Foto

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı lənkəranlı dron hücumu zamanı öldürülüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.

Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən ixtisası üzrə döyüşlərə qatılıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını alıb. Vahab Quliyev, məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.

O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Tarix
2026.10.07 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla