Yuxarı

Leyla Əliyeva və Arzu Əliyeva Londonda sərgi açılışında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur "Louise Blouin Foundation" incəsənət qalereyasında ölkəmizin müasir incəsənətinin istedadlı nümayəndələri Aida Mahmudovanın və Faiq Əhmədin "Daxili tədqiqat" (Exploring Inward) adlı birgə sərgisi açılıb.

AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

"Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında da məlumat verib.

Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi, qalereyaçı Fərəh Piriyeva Aida Mahmudova və Faiq Əhmədin yaradıcılıqları barədə məlumat verib. O, Azərbaycanın gənc istedadlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hər iki rəssamda incəsənəti daxildən kəşf etmək əzmi var. Onlarda axtarış marağı açıq şəkildə özünü büruzə verir və daha çox öyrənmək üçün daim səyahətdədirlər.
Sonra sərgiyə baxış olub.

Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm Azərbaycan incəsənəti təqdim olunur. Aida Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə çəkilmiş monumental mənzərə əsəri, Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından ilhamlanaraq hazırladığı incəsənət qurğuları nümayiş etdirilir.

Tarix
2015.01.28 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla