Yuxarı

Baş nazirdən yeni qərar: Bu diplomların forması...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən yeni qərar: Bu diplomların forması...

Nazirlər Kabineti Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasının təsdiq edilməsi haqqında qərar imzalayıb.

Axar.az xəbər verir ki, qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda qeyd olunub ki, Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.

Eyni zamanda, Fəlsəfə Doktoru Diplomunun təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir.

Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır.

Qərarla Elmlər Doktoru Diplomunun da təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir.

Tarix
2019.11.07 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla