Yuxarı

İstefa verən Azər Qasımlı ittiham olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstefa verən Azər Qasımlı ittiham olundu

ReAl-dan hər kəs gedə bilər. Amma getməyi də bacarmaq lazımdır. Siz getmədiniz, qaçdınız. "ReAl-ın gəmisi batır" deyə düşündünüz, bəlkə, bilmirəm. Elədirsə, tələsdiniz. ReAl-ın gəmisi nəinki batmır, o, hələ heç dənizə çıxmayıb, limandadır, lövbərdə dayanıb uyğun hava gözləyir. Uyğun hava nədir? Qarşıdan gələn parlament seçkiləri.

Axar.az xəbər verir ki, bunu ReAl Partiyasının üzvü Erkin Qədirli Feysbukda yazıb.

O bildirib ki, ReAl sədri İlqar Məmmədova çoxlu sualı var:

"Demokratik olsa da, amma intizamsız və səmərəsiz Məclislə seçkilərə getməyi doğru saymayan İlqar Məmmədova mənim də çoxlu sualım var.

Biz onun təklifləri haqqında hələ çox danışasıyıq. Ortada hələ heç nə yoxdur. Belə bir durumda “İlqar diktarura qurur” deyib ReAl-dan getmək, yumşaq desəm, uğursuz addımdır. Belə bir baqajla bundan sonra yeni partiya qurmağa girişsəniz də, uğurlu nəsə alınası deyil. Onu da yarıyolda buraxıb qaçaqsısınız. Xasiyyətlər qarşıdurmasına, ambisiyalar toqquşmasına "prinsipiallıq" donunu geyindirməyin. Ambisiyalar yaxşı şeydir. Onların toqquşması da gözəl ola bilir. Amma buraya prinsipləri qatmayın. Prinsip başqa şeydir, onu anlaşmış deyilsiniz, göründüyü qədərilə".

Qeyd edək ki, ReAl Partiyası Məclisinin başqanı A.Qasımlı noyabrın 6-da partiyadan istefa verib.

Tarix
2019.11.08 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla