Yuxarı

Buna qarşı niyə mübarizə aparmırıq? - Mustafayev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 oktyabr 2019-cu ildə, Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın paytaxtı İrəvanın mərkəzində faşist ordusunun cəlladı Qaregin Njdeyə qoyulan abidənin bütün dünya ictimaiyyətinə qarşı təhqir olduğunu və bu faktın Ermənistanın regionda apardığı siyasi doktrinası ilə vəhdət təşkil etməsini bəyan edəndən sonra Rusiya və digər ölkələrdə nasist Almaniyası ilə sıx əməkdaşlıq edən bu erməni faşistinə qoyulan abidələr bir-bir götürülməyə başlayır. Rusiyanın Armavir şəhərinin mərkəzi parkında Qaregin Njdeye qoyulan anım löhvəsi də şəhər ictimaiyyəti, Rusiya və yerli Azərbaycan vətənpərvərləri və başda Aleksey Vinoqradov olmaqla, bir sıra deputatlar tərəfindən qara rənglə boyanıb. Bu, İlham Əliyevin çıxışından sonra Rusiya deputatlarının şəhər meriyasına etdiyi müraciətin icra olunmamasından sonra ictimai protest əlaməti olaraq baş verib.

Axar.az xəbər verir ki, bu sözləri ANS Şirkətlər Qrupunun prezidenti, fəxri jurnalist Vahid Mustafayev qeyd edib. O, Njdenin XX əsrin əvvəlində törətdiyi cinayətləri xatırladaraq, məsələnin alimlərimiz tərəfindən araşdırılmasının vacibliyinə diqqət çəkib:

“Anlamaq çətin deyil, Qaregin Njde Böyük Vətən müharibəsi illərində Şimali Qafqazda Sovet ordusuna qarşı döyüşlərdə iştirak edən erməni qırıcı SS Legionunun təşkilatçısı və rəhbəri olub. Rusiyanın cənub ərazilərində 1941-42-ci illərdə minlərlə SSRİ vətəndaşı, o cümlədən Armavir şəhər sakinlərinin qohumlarının canını alan qatilin anım lövhəsi bu şəhərdə qala bilməzdi. Baxmayaraq ki, Armavir şəhərinin 32% əhalisi erməni və onlarla qarışıq millətlərdən ibarətdir - bu aksiyanı yerli vətənpərvər qüvvələr bütün mövcud təzyiqlərə baxmayaraq, həyata keçirdi!

Unutmaq lazım deyil ki, XX əsrin əvvəlində, hələ faşist Almaniyası ilə əməkdaşlıqdan əvvəl Qaregin Njde Naxçıvan və Zəngəzur ərazilərində azərbaycanlılara məxsus 100-ə yaxın qəsəbə və kəndin əhalisini sonuncu sakininədək qırıb Yer üzündən silmişdi. Oksford Universiteti tərəfindən 2015-ci ildə çap olunan Tomas de Vaalın kitabından (Thomas de Waal. Great Catastrophe. Armenians and Turks in the Shadow of Genocide. - Oxford University Press, 2015.) bizə məlum olur ki, Njdenin üç minlik başkəsənlər ordusunun fəaliyyəti nəticəsində Naxçıvan və Zəngəzur ərazilərində etnik təmizləmə nəticəsində 10 mindən çox yerli müsəlman, azərbaycanlı müxtəlif yollarla məhv edilib. Bu faktlarla əlaqədar niyə bizim alimlərimiz və əlaqəli dövlət strukturları mübarizə aparmır, anlamıram”.

V.Mustafayev Njdedən əlavə həmin ərazilərdə Andronik Ozanyanın da 5 minlik ordusu ilə Azərbaycan kəndlərini məhv etdiyini bildirib:

“Belə ki, 2013-cü ildə Böyük Britaniyada işıq üzü görən Mark Levinin kitabını əsas tutsaq (Mark Levene. The Crisis of Genocide. Devastation: The European Rimlands 1912-1938. — Oxford University Press, 2013.), Andronikin silahlı dəstəsi də 10 mindən çox azərbaycanlını - uşaq, qadın, qoca, cavana fərq qoymadan - məhv edib. Hətta bu faktları erməni alimi Klod Mutafyan (Claude Mutafian. Karabakh in the twentieth century // Caucasian Cnot. — 1994.) 1994-cü ildə yazdığı kitabında Zəngəzurun “erməniləşdirilməsi” kimi qələmə vermişdi. Bunlardan başqa, Poqos Ter-Davtyan və etnik təmizləmələrlə məşğul olan digər silahlı dəstələr də var idi. Sadə bir misalla bu dəhşətli ölüm arifmetikasının dinamikasını izləmək asandır:

Diqqətlə baxın, Natalya Volkovanın (Н.Г.Волкова. «Этнические процессы в Закавказье в XIX—XX веках», Кавказский Этнографический сборник, IV часть, Институт Этнографии им. Н. Н. Миклухо-Маклая АН СССР, Москва, Наука, 1969.) gətirdiyi faktoloji sənədlərə əsasən, 1897-ci ildə Zəngəzur qəzasının 137,9 minlik əhalisinin 71,2 minini (51,7%) azərbaycanlılar, 63,6 minini (46,2%) ermənilər, 1,8 minini (2,1%) isə kürdlər təşkil edirdi.

Lakin 1922-ci ildə, kənd təsərrüfatı siyahıyaalma nəticələrinə görə, Zəngəzur əhalisi cəmi 63,5 min nəfər idi. Onlardan 56,9 minini (89,5%) ermənilər, 6,5 minini (10,2%) azərbaycanlılar və 0,2 minini (0,3%) ruslar təşkil edirdi. Azərbaycanlıları dəstəkləyən və müsəlman olan kürdlərin isə hamısını məhv etmişdilər.

Hesablamaq çətin deyil – 25 ilə (əsasən 1905-1920-ci illərdə) Zəngəzurda 64,7 min azərbaycanlı əhalisi etnik təmizləmələr nəticəsində məhv edilmişdi - bu, öz növbəsində Xocalı soyqırımında qırılan əhalidən 100 dəfə çoxdur! Əhalinin sayı 52%-dən 10,2% faizə qədər endirilmişdi – yəni qırdırılmışdı! Hörmətli bacı və qardaşlarım, bu statistika deyil - bu bizim doğmaca ulu babalarımız və nənələrimizdir - doğma!.. Heç nədə günahları olmayan azərbaycanlılardır!”

V.Mustafayev Njde və digərləri tərəfindən vəhşicəsinə qətllərə qarşı aparılan mübarizənin davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Armavir İntiqamının Azərbaycan siyasətinin böyük uğuru hesab edilməsi gərəkdiyini söyləyib:

“Bu proses dayanmamalı və yalnız İlham Əliyevin səyləri nəticəsində yox, eyni zamanda, Armavirdə yüksək səviyyədə və peşəkarlıqla hərəkət edən diasporumuzdan da ibrət alıb dünyanın hər yerində davam etməlidir. Bunu tək Azərbaycan Prezidenti etməməlidir, Xocalı soyqırımının şahidi olan, minlərlə vətəndaşını itirən Azərbaycan xalqı, faşistlərə, cəlladlara qarşı olan hər bir insan övladı bu məsələdə mövqeyini ortaya qoymalıdır. Azərbaycan vətəndaşları və vətənpərvərləri beynəlxalq təşkilatlara məktublar yazmalı (elektron ünvanlar: info@amadeu-antonio-stiftung.de – Almaniya, segreteria@insmli.it – İtaliya, brian.hegarty@naar.org.uk – Böyük Britaniya, fspus@socialism.com – Böyük Britaniya), Rusiya Federasiyası və Armavir şəhərinin rəhbərliyinə müraciətlər etməlidir.

Unutmayın ki, Armavir Vətənpərvərləri Qareginin anım löhvəsini sadəcə “qara günə” salıblar, hələ dövlət tərəfindən demontaj edilməsinə nail ola bilməyiblər - demək, mübarizə hələ də davam etməli və son olaraq İrəvan şəhərində bu və digər murdar cəlladların heykəlləri demontaj olunub sahiblərinin əbədi məkanı olan cəhənnəmə yollanılmalıdır ki, Njde və digərləri tərəfindən vəhşicəsinə qətlə yetirilən on minlərlə günahsız müsəlman, xristian və yəhudi qurbanı axirətdə və onların nəsilləri bu dünyada dinclik tapa bilsinlər. Ya da ki, onların qanlarını yerdə qoymamaq üçün İrəvanın mərkəzindəki bu heykəlləri darmadağın etmək üçün fiziki hərəkət etməliyik! Hər iki halda bu, bir adamın yox, təcavüzə uğramış bütöv bir xalqın vətəndaşlıq borcudur!

Odur ki, döyüş davam edir və bu döyüşdən kənarda qalmaq Azərbaycanı itirməklə nəticələnə bilər!”

Tarix
2019.11.14 / 17:25
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla