Yuxarı

Uşaqlar beşgünlük tətildə nə etməlidir? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycanın orta məktəblərində payız tətili başlayır. beşgünlük tətili 16-20 noyabr tarixlərini əhatə edəcək. Noyabrın 21-dən etibarən məktəblilər dərsdə olacaq. Bir çox valideyn bu tətil günləri müddətində uşaqlara müxtəlif test tapşırıqları etdirir, dərs kitabları oxumağa məcbur edirlər. Bəs əslində necə olmalıdır? Məktəblilərin tətil günlərini səmərəli keçirmələri üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirdlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir. Ekspert əlavə edib ki, bunun üçün tətilin, istirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi-nəzərindən böyük məna kəsb edir:

“Hər bir məktəb, ailə uşaqların tətil, istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır. Uşaqlar bir-biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər. Təəssüf ki, bir çox ailə uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermir. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da, uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Deməli, burada ilk növbədə uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir”.

K.Əsədov bildirib ki, qısamüddətli tətil zamanı şagirdin test və tapşırıqlarla yüklənməsi yolverilməzdir:

“Bir neçə aylıq tədris müdəti boyunca dərs oxuyan, imtahan və digər sınaqlardan keçən şagirdlərin psixoloji və zehni yoğunluqdan qurtarmaq üçün dincəlməsi, istirahət etməsi vacibdir. Tətil müddətində vaxtın səmərəli keçirilməsi vasitələrindən biri də idmanla məşğul olmaqdır. Boş vaxtlarında idmanla məşğul olan uşaqlarda aktiv həyat tərzi formalaşır, böyümə və inkişaf daha yaxşı olur, xəstəliklərlə mübarizədə immun sistemi daha da güclənir, artıq çəki problemi olmur, sümüklər, bədənin sinir sistemi inkişaf edir. Düşünürəm ki, tətil müdətində test və tapşırıqlarla yükləmək yerinə şagirdləri oyunlar oynamağa cəlb etmək, onlarda olan istedadların üzə çıxarılması üçün müxtəlif dərnəklər təşkil etmək, onların maraq dairəsinə uyğun asudə vaxtlarını təşkil etmək lazımdır. Müşahidə aparılsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları daha da artmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə edirlər. Amma biz onları tətil müdətində yükləsək, onlar aşağı əhval-ruhiyyə, tükənmiş enerji ilə məktəbə qayıdacaqlar”.

Tarix
2019.11.16 / 16:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla