Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
7 Dekabr 2019


Kiyevdə Azərbaycan diasporu ilə bağlı vacib müzakirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Kiyevdə Azərbaycan icmasının fəalları ilə görüşüb.

Axar.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının binasında keçirilən görüşdə radanın üzvləri, diaspor fəalları, gənclər iştirak ediblər.

Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını tədbir iştirakçılarına çatdıran qurumun aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək ölkəmizin diaspor siyasətindən, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil şəkildə fəaliyyət göstərmələri istiqamətində atılan addımlardan söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə ölkəmizin diaspor hərəkatını daha da gücləndirib. Müasir dövrdə dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır.

Vurğulanıb ki, Dövlət Komitəsi sədrinin xaricə səfərlərinin əhatə dairəsinin genişlənməsi, Azərbaycan diasporu ilə görüşlərin intensivləşməsi, diasporun fəaliyyətində keyfiyyətin yüksəlməsi, soydaşlarımızın birliyinin formalaşması və möhkəmləndirilməsi yolunda mühüm addımların atılması, Koordinasiya şuralarının yaradılması ölkəmizdən kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasında xüsusi rol oynayıb.

Görüşdə soydaşlarımızın təklifləri və problemləri dinlənilib, onların həlli ilə bağlı addımların atılacağı nəzərə çatdırılıb.

Tarix
2019.11.17 / 15:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

DİN-dən metroda azyaşlıların oğurlanmasına - Reaksiya

Paytaxtda avtobus sürücüsü xuliqanlığa görə həbs edildi

Kommunal xərclərə necə qənaət edək? - Ekspert açıqladı

Bakıda 5 yerdə bayram yarmarkası keçiriləcək

Azərbaycandakı hərbi attaşelər toplandı - Foto

Parlament seçkilərinə namizəd olmaq istəyənlərin nəzərinə!

Deputatın ölümü: yəhudilər şənbə günü niyə dəfn etmirlər?

MSK toplandı: Təqvim Planını təsdiqlədi

MM-in 9 fevraldan sonra quruluşu necə olacaq?

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla