Yuxarı

Bu nazirlikdə işə düzəlmək istəyənlərin - Diqqətinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirlikdə işə düzəlmək istəyənlərin - Diqqətinə

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş növbəti müsabiqə üzrə oktyabrın 12-də ilk qrup hüquqşünaslarla keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2019-cu il noyabrın 25-dən etibarən söhbət keçirilməsinə başlanılacaq.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, müsahibə nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, qanunvericiliyə əsasən, müsabiqənin nəticələrinə əsasən uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Məlumat verildiyi kimi, hazırda nazirliyin bölgələrdəki yerli qurumlarında vakant ştat vahidlərinin komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir. Arzu edənlər nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət” portalından (www.e-gov.az) "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Tarix
2019.11.20 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla