Yuxarı

Azərbaycan Xankəndini alırdı, bizi o xilas etdi - Baqratyan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Xankəndini alırdı, bizi o xilas etdi - Baqratyan

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Qarabağ müharibəsinə dair sensasion məqamlar açıqlayıb.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, Baqratyan Ermənistanın Qarabağı Yeqor Qaydarın - Yeltsin Rusiyasının islahatçı baş nazirinin sayəsində işğal etdiklərini deyib. Bildirib ki, Qaydar olmasaydı, Qarabağ indi ermənilərin əlində deyildi. Və Baqratyan İrəvanda və Xankəndidə Qaydarın adını küçələrdən birinə verməyə çağırıb.

Ermənistan televiziyasının “Profile” proqramına müsahibəsində Qrant Baqratyan bildirib ki, hökumətə başçılıq etdiyi dövrdə baş verənlər barədə öz xatirələrində ətraflı bəhs etməyə hazırlaşır. “Bütün gündəlikləri saxlamışam, böyük həcmdə informasiyalar var və gələcək nəsil bunları bilməlidir. Məxfi məktub var ki, ictimaiyyət bu haqda bilmir”, - o deyib.

Rusiyanın keçmiş baş naziri Yeqor Qaydarla münasibətləri barədə danışan Baqratyan deyib ki, o, 90-cı illərin əvvəllərində Ermənistan üçün çox şey edib və onun verdiyi töhfənin qiyməti yoxdur.

Yeqor Qaydar 90-cı illərin əvvəllərində Rusiya hökumətində yüksək postlar tutub, maliyyə naziri olub, 1992-ci ilin iyun-dekabr aylarında isə baş nazirin səlahiyyətlərini icra edib. Məhz həmin aylarda ki, Qarabağda şiddətli müharibə gedirdi və yenicə formalaşan Azərbaycan ordusu Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad edib Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləmişdi.

Qrant Baqratyan deyir:

“Məsələn, 1992-ci ilin yayında biz məğlub olurduq, çıxış yolu yox idi, düşmən Qandzasara (Ağdərə rayonu, Vəng kəndi) daxil olmuşdu, hər şey dağılmışdı, mən hələ baş nazir deyildim və deyəsən, artıq qərar verilmişdi, onlar (azərbaycanlılar) Stepanakertə (Xankəndiyə - red.) girəcəklər, sonra oturub danışacağıq. Azərbaycanlıların hərbi hava qüvvələri var idi, bizdə isə mövcud deyildi. Artıq sonra, 1993-cü ildə mən baş nazir olanda biz iki həftə ərzində effektiv havadan müdafiə sistemi yaratdıq, bu sistemə qarşı döyüşmək lazım gəldi və biz Mardakert rayonunda (Ağdərə) hava döyüşü aparmaq imkanı qazandıq. Mən indi bundan artığını danışmaq istəmirəm. Qaydarın adını bu şəhərin ən yaxşı küçələrindən birinə vermək lazımdır, o cümlədən Stepanakertdə (Xankəndi)”.

Söhbəti davam etdirən keçmiş baş nazir onu da deyib ki, Yeqor Qaydarın dəstəyi ilə döyüş meydanında balansı təmin etmək mümkün oldu. Ona görə də Ermənistan rəhbərliyi Qaydarın “işıqlı xatirəsini” daim əziz tutmalıdır.

Tarix
2019.11.20 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla