Yuxarı

Ağstafada 5 aylıq körpə soyuqdəymədən öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağstafada 5 aylıq körpə soyuqdəymədən öldü

Ağstafa rayonunda 5 aylıq körpə soyuqdəymədən ölüb.

Report-un məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağstafa rayon sakini Tural Qasımov və Kəmalə Məmmədovanın övladları, 2019-cu il təvəllüdlü Turan Qasımov evdə dünyasını dəyişib.

Qəsəbənin həkim məntəqəsinin müdiri Gülşən Babanlı bildirib ki, bununla bağlı onlara və ya Ağstafa rayon təcili tibbi yardım briqadasına məlumat daxil olmayıb: "Biz bu məsələdən daha sonra xəbər tutduq və evə getdik, vəziyyətlə maraqlandıq. Valideynləri körpənin axşam süd əmdiyini, bir az oynadıqdan sonra da yatdığını, ancaq səhər oyandıqda öldüyünü gördüklərini dedilər. Bundan sonra da körpəni dəfn ediblər".

Onun sözlərinə görə, körpə həkim məntəqəsində yalnız iki aylığında yoxlanışda olub: "Həmin vaxt uşaqda ciddi problem olmasa da, nevropatoloqa göstərilməsini məsləhət görmüşdük. Bundan sonra məntəqəmizə müraciət edilməyib. Valideynləri də övladlarında hansısa xəstəlik əlamətinin müşahidə edildiyi barədə heç bir məlumat verməyiblər".

Həkim deyib ki, uşağın soyuqdəymədən öldüyü ehtimal edilir: "Evləri soyuq və şəraitsiz idi. Körpəyə də bu səbəbdən soyuq dəydiyi ehtimal olunur. Yəqin ki, valideynləri daxili qızdırmasının olduğunu bilməyiblər. Nəticədə körpə ölüb. Təbii ki, bütün bunlar, sadəcə, ehtimaldır. Çünki körpəni dəfn etdiklərindən heç bir ekspertiza keçirilməyib".

Qeyd edək ki, Tural Qasımov və Kəmalə Məmmədovanın evi qəsəbənin kənarında yerləşir. Evdə yaşayış üçün şərait, demək olar ki, yoxdur. Hətta otaqların bəzilərinin qapı-pəncərəsi belə yoxdur. Onların əvəzinə, kilim və ya palaz vurulub. Ailənin daha üç övladı (1 qız, 2 oğlan) belə bir şəraitdə yaşayır. Onlardan ikisi məktəblidir, birinin isə 4 yaşı var.

Tarix
2019.11.20 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla