Yuxarı

Bir gecədə altı ev yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir gecədə altı ev yandı

Azərbaycanda bu gecə altı ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 81 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik ümumi sahəsi 130 kv.m olan ev yanğından mühafizə olunub. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qazax rayonu, Xanlıqlar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu, Məmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tovuz rayonu, Aşırallar kəndində vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağında döşəmə 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz rayonu, Hacılar kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2015.02.02 / 09:18
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

7 Azərbaycan vətəndaşı İrandan təxliyə edildi

Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

ABŞ və İsrail məğlub olana qədər davam edəcəyik - İran

Azərbaycan vasitəsilə ölkəni tərk edin - Rusiya

Səfirlik Azərbaycandakı İran vətəndaşlarına müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla