Yuxarı

Qaraçuxurda bu məktəb sökülür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən şəhid Rəsul Ənnağıyev adına 141 nömrəli məktəbin qəzalı vəziyyətdə olan birinci korpusu sökülür.

Axar.az xəbər verir ki, qəzalı vəziyyətə düşmüş məktəb binası xəstəxana kimi inşa edilib 1935-ci ildən məktəb kimi istifadə edilib, 2006-cı ildə isə məktəbdə yardımçı korpus inşa edilib.

Uzun müddətdir fəaliyyət göstərən birinci korpus artıq qəzalı vəziyyətə düşüb. Bu səbəbdən hansısa xoşagəlməz hadisənin baş verməməsi və məktəblilərin təhlükəsizliyi üçün binanın sökülməsi ilə bağlı qərar qəbul edilib. Artıq birinci korpusda olan əşyalar, parta və dərs ləvazimatları ikinci korpusa köçürülüb.

Bütün məktəb ikinci korpusda fəaliyyət göstərəcək. Sıxlıq yaranmaması üçün məktəbdə dərslər iki növbəli şəkildə keçiriləcək.

Məktəbin hazırda sökülən birinci korpusunun yerində yeni məktəb binası inşa ediləcək.

Xatırladaq ki, məktəbdə Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 1743 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur.

Tarix
2019.11.23 / 12:43
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…

MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı

Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video

Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” təqdim edildi

İlham Əliyev Bütün Rusiyanın Patriarxı ilə görüşdü

Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video

Netanyahunun Bakıya səfəri təxirə salındı - Təcili

Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

"Yaşıl kart" lotereyasının nəticələri açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla