Yuxarı

Azərbaycanda məşhur şirkətdən provokasiya: qiyməti qaldırdı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda məşhur şirkətdən provokasiya: qiyməti qaldırdı – Foto

Holcim Azərbaycan ASC istehsal etdiyi bütün növ sement məhsullarının qiymətinin qaldırılması barədə qərar qəbul edib.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, artıq bununla bağlı ASC-nin məhsullarının satışını həyata keçirən satıcılar və distribüterlər xəbərdar edilib. Onlara tapşırılıb ki, satışda olan və vaxtı keçməmiş məhsullar satışdan yığışdırılsın.

Artıq sözügedən məhsulların satışdan yığışdırılması prosesinə də başlanılıb.

Saytımıza təqdim edilən cədvəldən aydın olur ki, Holcim Azərbaycan ASC 4 məhsulun hamısının (“Qaradağ Optimal”, “Qaradağ Spesial”, “Qaradağ Sprint” və “Qaradağ Unikal”) qiymətini bahalaşdırır.

Belə ki, “Qaradağ Optimal”ın tonu 95,6 manatdan 112,3 manata, “Qaradağ Spesial” 108,4 manatdan 125 manata, “Qaradağ Sprint” və “Qaradağ Unikal” 116,6 manatdan 133,5 manata qaldırılır.

Satıcıların sözlərinə görə, bu, şirkətin hələ “Həvəsləndirici endirim qiymətləri” cədvəlidir və 2 dekabrdan tətbiq ediləcək. Bu qiymətlərə isə ƏDV daxil deyil.

ƏDV də daxil olmaqla, bu qiymət siyasətinin bazarda qiymətləri təxminən 20 faiz bahalaşdıracağı bildirilir.

Ekspertlərin sözlərinə görə isə Holcim Azərbaycan ASC-nin qiymətləri qaldırmaq üçün heç bir iqtisadi əsası yoxdur. Belə ki, ASC-nin məhsulu istehsal etmək üçün aldığı xammalda bahalaşma qeydə alınmayıb, həmçinin ölkədə daşınma xərclərini artıran yanacaq bahalaşması da yoxdur.

Bu halda ASC-nin qiymət artımı provokasiya kimi dəyərləndirilir.

Tarix
2019.11.23 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla