Yuxarı

Maral Tahirqızına cinayət işi açıldı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maral Tahirqızına cinayət işi açıldı - Yeniləndi

15:14

Müğənni Maral Tahirqızı istintaqa cəlb olunub.

APA-nın məlumatına görə, müğənni insan alverində təqsirləndirilir. O, bu gün təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.

Xətai Rayon Polis İdarəsindən onlarda müğənni Maral Tahirqızı ilə bağlı cinayət işinin olduğunu təsdiqləsələr də, əlavə açıqlama verilməyib: "Hələlik dindirmə gedir. Əlavə heç nə deyə bilmərik".

16:15

Müğənni Maral Tahirqızı istintaqa cəlb olunması barədə yayılan xəbərlərə münasibət bildirib.

Bu barədə APA-ya açıqlama verən müğənni bu gün Xətai Rayon Polis İdarəsində ifadə verdiyini təsdiqləyib. O qeyd edib ki, Xətai Rayon Polis İdarəsində başlanmış cinayət işi üzrə istintaqa dəvət olunub: "Müstəntiq məndən bir neçə adamın adını soruşdu. Mən də bildirdim ki, həmin adamlardan yalnız birini tanıyıram. O şəxs Esmira adında saç ustasıdır. İfadəmdə digərlərini tanımadığımı qeyd etdim".

Polisdən M. Tahirqızına deyiblər ki, cinayət işində kimsə onun adını çəkib: "Bir daha deyirəm, mənim bu işlərlə heç bir əlaqəm yoxdur. Kim mənim adımı çəkib, deyə bilmərəm. Niyə mənim adımı çəkib, onu da deyə bilmərəm. Lakin mən günahsızam. Müstəntiqə də dedim, mənim elə adamlarla əlaqəm yoxdur".

M. Tahirqızı yenidən polisə çağırılacağını da istisna etməyib: "Müstəntiq dedi ki, lazım olsa, yenə dəvət edəcəklər".

Tarix
2015.02.02 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla