Yuxarı

Ət məhz bu səbəblərdən ucuzlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ət məhz bu səbəblərdən ucuzlaşır

"Mal ətinin qiymətinin ucuzlaşması səbəblərindən biri də ehsan qadağasıdır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Qubad İbadoğlu öz Feysbuk səhifəsində çıxış edib.

O, qiyməti azaldan digər səbəbi kimi ölkəyə mal əti idxalının artmasını göstərib:

"Azərbaycanın kənd regionlarında mal ətinin qiymətinin ucuzlaşmasını şərtləndirən müxtəlif səbəblər vardır. Onlardan biri idxalın artımıdır. Rəsmi statistikaya görə, 2014-cü ildə əvvəlki illə müqayisədə Azərbaycana idxal olunan ət 28,2 faiz artıb. Belə ki, əgər 2013-cü ildə ölkəyə 15 milyon 181 min dollar məbləğində ət idxal olunmuşdursa, 2014-cü ildə bu göstərici 19 milyon 460 min dollar olub. Qiymətin ucuzlaşmasına təsir göstərən başqa bir amil xüsusilə də kənd rayonlarda ehsan qadağasıdır. Bu səbəbdən əsasən də mal ətinə olan tələbat aşağı düşüb.

Ətin qiymətinin ucuzlaşmasında rol oynayan digər amil ailənin büdcəsinin gəlirlərinin azalması ilə əlaqədar olaraq ölkədə alıcılıq qabliyyətinin aşağı düşməsidir. Nəhayət, ötən il quraqlıq olmasına görə yaranmış yem qıtlığı hazırda onun maksimum səviyyədə bahalaşmasına və bu da iri buynuzlu mal-qaranın saxlanması xərclərinin artmasına gətirib çıxarıb. Yaranmış xərcləri ödəmək üçün malik olduqları mal-qaranın bir hissəsini satışa çıxaranların sayının getdikcə artması bazarda ətin təklifinin artmasına gətirib çıxarıb. Bazarların qarşılıqlı əlaqəsinə görə, mal əti bazarında baş verən ucuzlaşma davamlı xarakter alarsa, onda yaxın vaxtlarda qoyun əti, quş əti və balıq, eləcə də mal ətindən hazırlanan kolbasa, sosiska, konservlərin və sair məhsulların, həmçinin kafe və restoranlarda steak, basdırma və mal ətindən hazırlanan digər yeməklərin də qiymətinə təsir edəcək".

Tarix
2015.02.03 / 00:34
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident onlara müraciət ünvanladı

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir

Azərbaycan buna görə birinci yerdədir

Azərbaycan bir çox aspektlər baxımından... - Prezident

Azərbaycanın sabit, uğurlu inkişafı var - Prezident

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla