Yuxarı

Əli Həsənov Qarabağ İcmasına gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Həsənov Qarabağ İcmasına gətirildi

Baş nazirin sabiq müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinə üzv qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Modern.az-a icmanın İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov təsdiqləyib. O qeyd edib ki, Əli Həsənovun İdarə Heyətinə üzv qəbul edilməsi ayın əvvəlində keçirilən iclasda təsdiq edilib:

"Ayın əvvəlində İdarə Heyətinin iclası çağırıldı. Həmin iclasda Əli Həsənov özü də iştirak edirdi və onun üzv qəbul edilməsi təsdiqləndi”.

"Əli Həsənov dövlətçilik, idarəçilik, rəhbərlik təcrübəsinə malik insandır. O, Yeni Azərbaycan Partiyasının da sədr müavinidir. Eyni zamanda, uzun illər müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərib. O, həmişə Heydər Əliyev siyasətinə sədaqəti ilə seçilib. Onun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü seçilməsi icmanın işinin daha da fəallaşmasına köməkdir”, - Elman Məmmədov əlavə edib.

İcmadan verilən digər məlumatda isə Əli Həsənovun İdarə Heyətinə üzvlüyü məsələsinin dekabr ayının sonunda təsdiqlənəcəyi bildirilib:

"Hələlik bu, rəsmi məlumat deyil. Dağlıq Qarabağın Azərbaycanlı icmasının dekabrın sonunda üçüncü qurultayı keçiriləcək. Sözügedən məsələyə həmin qurultayda baxılacaq”.

Tarix
2019.12.01 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla