Yuxarı

Bakı-Ağstafa qatarı ilə bağlı - Son durum

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Ağstafa qatarı ilə bağlı - Son durum

Gəncə-Ağstafa sahəsində yolların əsaslı təmiri başa çatıb. Azərbaycan Dəmir Yolları QSC Bakı-Gəncə sürətli elektrik qatarının marşrutunun Ağstafaya çatdırılması üçün işlər aparır.

Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, perspektiv planda Bakı-Gəncə sürətli sənişin qatarının marşrutunu Ağstafayadək çatdırmağı planlaşdırır:

“Gəncə-Ağstafa sahəsində yolların əsaslı təmiri başa çatıb. Hazırda bu istiqamətdə yoldəyişənlərin yenilənməsi, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi, eləcə də rabitə və işarəvermə sisteminin müasirləşdiriləməsi işləri görülür”, - deyə qurumdan bildirilib.

Xatırladaq ki, Bakı-Gəncə qatarı ötən il dekabrın 30-dan fəaliyyət göstərir. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur.

Noyabrın 13-də Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda ölkə başçısı ilə dialoqu zamanı bildirib ki, qatar hazırda Bakıdan Gəncəyə 4 saata gedir. Lakin o, həmçinin qeyd edib ki, sürətin saatda 140-a qaldırılması ilə Bakıdan-Gəncəyə 3 saata çatmaq mümkün olacaq. Qurbanov həmçinin bildirib ki, Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitib.

"Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən gec üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq", - deyə Cavid Qurbanov ölkə prezidentinə bildirib.

Tarix
2019.12.03 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla