Yuxarı

Dələduzluq edən şəhər sakini həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dələduzluq edən şəhər sakini həbs edildi

Özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Bakıda və bir çox rayonda dələduzluq edən Bakı sakininin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, özünü vəzifəli şəxs kimi təqdim edən Bakı şəhər sakini Müstəcəb Səfərovun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı M.Səfərovun "İqtisadi əlaqələr" Holdinqinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binada bir otaqlı mənzili şəhər sakininin adına rəsmiləşdirəcəyini, Quba rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tenderi "REK Holdinq"ə satacağını, habelə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Zaqatala rayonunda zəlzələdən qəzalı vəziyyətə düşmüş evlərin təmiri işini "Hüseyn-T" şirkətinə həvalə etdirəcəyini yalandan vəd edərək ümumilikdə 61 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

İstintaq dövründə vurulmuş ziyanın əhəmiyyətli hissəsinin ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2015.02.05 / 12:12
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla