Yuxarı

ASAN Xidmət büdcəyə nə qədər vəsait köçürüb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASAN Xidmət büdcəyə nə qədər vəsait köçürüb?

Bu il ASAN Xidmət mərkəzlərində toplanmış rüsumlar hesabına dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, 2019-cu il ərzində ASAN Xidmət mərkəzlərində toplanmış rüsumlar hesabına dövlət büdcəsinə 53 milyon manat vəsait ödənilib:

"Artıq 2019-cu ili yekunlaşdırırıq. İlin sonuna qədər vəsait tamamilə ödəniləcək".

Ü.Mehdiyev xatırladıb ki, ASAN Xidmət fəaliyyət göstərdiyi müddət ərzində ona xərclənən vəsaiti artıq dövlətə qaytara bilib:

"Bu da ASAN Xidmət modelinin maliyyə cəhətdən uğurlu olmasının göstəricisidir. Bu illər ərzində ASAN Xidmətlərin fəaliyyətinə və saxlanılmasına 132 milyon manat vəsait ayrılıb. Artıq 135 milyon manat vəsait ASAN Xidmət vasitəsilə dövlət büdcəsinə qaytarılıb".

Tarix
2019.12.09 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla