Yuxarı

İspan nəşri Azərbaycandan yazdı: Ən yaxşı istiqamət...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspan nəşri Azərbaycandan yazdı: Ən yaxşı istiqamət...

İspaniyanın ən qocaman nəşrlərindən biri olan “La Vanguardia” qəzetində “2020-ci ildə səyahətlər üçün on ən yaxşı istiqamət” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, İspaniya nəşriyyatı ilə əməkdaşlıq edən “Lonely Travel” turoperatoru özünün “Best in Travel” siyahısını təkrar nəşr edib. Gələn il üçün səyahətlərin reytinq siyahısına qiymət və keyfiyyət nisbətləri ən münasib olan ölkələr, regionlar, şəhərlər və istiqamətlər daxil edilir.

“Lonely Travel” nəşrinin müəllifləri növbəti dəfə səyahətə çıxarkən sərf edilən hər qəpiyin müqabilində ləzzət almaq istəyənlər üçün on anklav seçiblər.

Bələdçiyə daxil edilmiş on ən yaxşı istiqamət arasında Azərbaycan da var. Nəşrdə yazılır: “Cənubi Qafqazda yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərinin qovuşduğu məkandır. BU səbəbdən ölkə daha da cəlbedici olub. Azərbaycan öz təbii gözəllikləri, sahilyanı rayonların fərqli landşaftı ilə qonaqları heyrətləndirir. Respublikanın paytaxtı Bakı şəhəri orta əsirlərə aid qala ilə məşhurdur. Buradakı tikililər ən müasir memarlıq nümunələri ilə heyrətamiz təzad təşkil edir. bütün bunlar sizə az görünürsə, bunu da əlavə edək ki, Azərbaycan dünyada ən ucuz ölkələrdən biridir”.

Ən yaxşı turizm istiqamətləri siyahısına Şərqi Nusa Tenqara (İndoneziya), Budapeşt (Macarıstan), Madhya-Pradeş (Hindistan), Buffalo (ABŞ), Serbiya (Tunis) və Keyp Uaynlends də (Cənubi Afrika) daxildir.

Tarix
2019.12.10 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla