Yuxarı

Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib. 280 nümayəndənin iştirak etdiyi tədbir hakim Yeni Azərbaycan Partiyasının mərkəzi ofisinin akt zalında baş tutub.

Axar.az xəbər verir ki, qurultay iştirakçıları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rus İcmasının qurultayında Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əli Hüseynli, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, RF Prezidentinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə İdarəsi rəisinin müavini Anton Rıbakov, Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr və başqaları iştirak ediblər.

Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin qurultayın açılışında çıxış edərək qeyd edib ki, tədbir Azərbaycanda iqtisadi, sosial və siyasi sabitlik şəraitində keçirilir. O əlavə edib: “Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar bütün sahələrdə müsbət dəyişikliklərə gətirib çıxarıb. Müasir Azərbaycan əmin addımlarla irəliləyir, yerlərdə irimiqyaslı infrastruktur və regional layihələr həyata keçirilir”. M.Zabelin qeyd edib ki, bu gün Azərbaycanda Rus İcmasının üzvlərinin sayı 60 min nəfərdir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov qurultay iştirakçılarını salamlayaraq qeyd edib ki, onların hər biri Azərbaycan və Rusiya arasında sız dostluq münasibətlərinə töhfə verir. O əlavə edib: “Bir səfir kimi məmnunluqla qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər olduqca sürətlə inkişaf edir. Deyərdim ki, bütün sahələr üzrə yüksəliş mərhələsindədir. Bu, ilk növbədə, Azərbaycan və Rusiyanın rəhbərlərinin böyük töhfəsi sayəsində baş verir. Onların keçirdikləri görüşlər, aralarında olan şəxsi ünsiyyət dövlət və ictimai təşkilatların fəaliyyətinə təkan verir”.

Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr çıxışında Rus İcmasının iki ölkə arasında dostluğun möhkəmlənməsində rolunu xüsusi olaraq qeyd edib.

Qurultayda İcmanın Respublika Şurasının yeni tərkibi seçilib. Təşkilatın sədri, Milli Məclisin deputatı Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri vəzifəsinə seçilib.

Qeyd edək ki, Azərbaycanın Rus İcması 1993-cü ildə yaradılıb. İcmaya beş il müddətinə seçilən Respublika Şurası rəhbərlik edir. Rus İcmasının sonuncu qurultayı 2014-cü il noyabrın 14-də keçirilib.

Rus İcmasının nəzdində bir neçə təşkilat – Rus Mədəniyyəti Mərkəzi, Rusiyalı Həmvətənlərə İnformasiya-Hüquq Dəstəyi Məşvərət Məntəqəsi, Rusdilli Təhsil Müəssisələrinin Müəllimlərinin Assosiasiyası, Leninqrad Blokadası İştirakçıları Assosiasiyası, “Russki mir” iş adamları birliyi və s. daxildirlər.

Tarix
2019.12.14 / 20:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla