Yuxarı

Nazirdən əsir və girovlarla bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən əsir və girovlarla bağlı - Açıqlama

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranı qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və BQXK arasında mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi istiqamətində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə edilib.

BQXK tərəfindən həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verən Elena Aymone Sessera yaradılan münbit şəraitə görə ölkəmizə təşəkkürünü bildirib və təşkilatın Azərbaycan ilə əməkdaşlığının daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.

Nazir Elmar Məmmədyarov humanitar missiyasının icrasında beynəlxalq təşkilata bundan sonra da lazımi dəstək veriləcəyini qeyd edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb.

Bu xüsusda nazir, saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə beynəlxalq humanitar təşkilatın ölkəmizdə gələcək fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Tarix
2019.12.20 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla