Yuxarı

Dünya Bakıya yığışır: yollar bağlanacaq - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Bakıya yığışır: yollar bağlanacaq - Siyahı

Dekabrın 16-18-də Bakıda bir sıra istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Dekabrın 16-18-də paytaxt Bakıda "Şahdəniz-2" layihəsi üzrə sənədin imzalanma mərasiminin keçirilməsi nəzərdə tutulur. Mərasimdə Monteneqro, Albaniya, Türkiyə, Xorvatiya, Yunanıstan, İtaliya, Böyük Britaniya, Bolqarıstan, ABŞ, Gürcüstan və digər ölkələrin, eləcə də Avropa Komissiyası və "bp" şirkətinin yüksək vəzifəli rəsmi nümayəndələri iştirak edəcəklər. Artıq qonaqların qarşılanması və yerləşdirilməsi işlərinə başlanılıb.

Tədbirin "Fairmont", "Absheron Mariott", "Four Seasons" hotelləri və onların yerləşdiyi ərazilər, eləcə də Heydər Əliyev Mərkəzi və Bayraq Meydanı istiqamətində keçirilməsi nəzərdə tutulub:

"Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə, Heydər Əliyev prospekti, C.Qədirbəyova küçəsi, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azadlıq və Neftçilər prospektləri, "Azneft" meydanı, Niyazi, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, eləcə də Mərdəkan dairəsi, Mərdəkan şosesi, Buzovna dairəsi, Zuğulba prospekti istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə mədudiyyətlər qoyularaq istiqamət dəyişdirilir.

Ona görə də Bakı Yol Polisi İdarəsi bütün avtomobil sürücüləri və sahiblərinin nəzərinə çatdırır ki, keçiriləcək bu tədbirin dövlət əhəmiyyətli olduğunu nəzərə alıb, qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin və yaxud hərəkət sadalanan marşrut üzrə ictimai nəqliyyat vasitələrinin köməyi ilə edilsin" (Trend).

Tarix
2013.12.16 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla