Yuxarı

Bu nazirliyə yeni səlahiyyətlər verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirliyə yeni səlahiyyətlər verildi

Övladlığagötürmə sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 23 dekabr 2019-cu il tarixində imzalanan Fərmanlar Ailə və Mülki Prosessual Məcəllələrinə dəyişikliklə bağlı müvafiq qanunlarının tətbiqi ilə bağlı bir sıra məsələləri tənzimləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 23 dekabr 2019-cu il tarixli Fərmanla övladlığagötürmə sahəsində daha bir sıra yeni səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Onların sırasına övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi, müsahibələrin, təlimlərin keçirilməsi, müəssisədə uşaqla övladlığa götürmək istəyən şəxslərin görüşünün təşkili, uşağın sınaq müddətində övladlığa götürmək istəyən şəxslərin evində yerləşdirilməsi barədə qərar qəbul edilməsi daxildir.

Fərmanla, həmçinin, valideyn himayəsindən məhrum olmuş uşaqları aşkar edən və bu cür uşaqlar haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemə daxil edən müvafiq icra hakimiyyəti orqanlarının siyahısı müəyyən edilib. Siyahıya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları daxildir.

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanda isə məhkəməyə övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Eyni zamanda, övladlığa götürənlərin maddi-məişət şəraitinin yoxlanılması səlahiyyəti də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Tarix
2019.12.26 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşdü

Ermənistana 1 milyardlıq silah: Abbasov niyə susmuşdu?

İlham Əliyev Bərzanini Azərbaycana dəvət etdi

İlham Əliyev Bərzani ilə görüşdü - Foto

İlham Əliyev və xanımı Almaniyada səfərdədir - Foto

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü... - Video

“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Nümayəndə heyətimiz quru yolla İrəvana getdi - İlk dəfə

İşarə verildi, bu şəxslər də həbs ediləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla