Yuxarı

Prezidentin yüksək vəzifə verdiyi Nuriyev kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin yüksək vəzifə verdiyi Nuriyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Eldar Nuriyevin Ədliyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, E.Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E.Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir.

O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E.Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E.Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E.Nuriyev burada 6 il çalışıb. 2006-cı ildə o, prokurorluq sisteminə qayıdır.

2006-cı ilin aprelində Baş Prokurorluğa əmri verilən E.Nuriyev Baş prokurorun müavini vəzifəsinə təsdiqlənir. Daha sonra Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.

Tarix
2019.12.26 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla