Yuxarı

Prezident komissiya yaratdı, nazir işçi qruplarını topladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident komissiya yaratdı, nazir işçi qruplarını topladı

Azərbaycan Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclası keçirilib.

Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda işçi qruplarının hesabatları dinlənilib. Pilot layihələrin həyata keçiriləcəyi torpaq sahələrinin ayrılması, investorlara dövlət zəmanətlərinin verilməsi, layihələrin iqtisadi qiymətləndirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya ilə bağlı ilkin təkliflər nəzərdən keçirilib. Hüquqi və institusional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin təklif alınmış beynəlxalq məsləhətçi şirkətlər barədə ətraflı məlumat verilib.

Energetika naziri dövlət başçısının bərpa olunan enerjidən istifadənin genişləndirilməsi ilə bağlı tapşırıqlarının Azərbaycanın energetika sektorunun müasir trendlərə uyğun inkişafına və qeyri-neft sektoruna xarici investisiyanın cəlbinə imkanlar yaratdığını qeyd edib. Nazir görülən işlərə dair fikirlərini diqqətə çatdırıb və işçi qruplarına tapşırıqlar verib.

Yekunda Komissiyanın müvafiq təklifləri Sərəncamda nəzərdə tutulan müddətlərdə Azərbaycan Prezidentinə təqdim etməsi üçün işçi qruplarına tədbirlərin icrasının sürətləndirilməsi tövsiyə edilib.

Qeyd edək ki, Sərəncamın icrası məqsədi ilə Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, Azərenerji ASC, Azərişıq ASC, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti, Vergi Xidməti, Mərkəzi Bank və s. qurumların təmsilçilərindən ibarət 7 işçi qrupu fəaliyyət göstərir.

Tarix
2019.12.29 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla