Yuxarı

Hacı Qalib oğlunun namizədliyindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Qalib oğlunun namizədliyindən danışdı

Mən partiyanın işlərinə qarışa bilmərəm. Əgər məsləhət belə olubsa, deməli, ona etimad göstəriblər.

Bu sözləri Axar.az-a sabiq deputat Hacı Qalib Salahzadə oğlu Əliabbas Salahzadənin hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyinin irəli sürülməsi haqda danışarkən bildirib.

Onun sözlərinə görə, oğlundan da namizədliyi barədə soruşub: “Dedi ki, ata, partiyamız belə məsləhət bilib. İndi hələ qabaqda prosedur çoxdur, namizədlik qeydə alınmalıdır, seçicilərə müraciət etməlidir...”.

Hacı Qalib bir müddət əvvəl oğlunun “Azərsu” işçiləri ilə yaşadığı qalmaqala da toxunub. O bildirib ki, bəziləri yanlış olaraq namizədliyi irəli sürülən Əliabbası digər oğlu - Əlihüseyn Salahzadə ilə səhv salır:

“Azərsu” əməkdaşları ilə Əlihüseynin insidenti olmuşdu. Mənim həyatda düşmənim olmayıb. Hər il Allahın ziyarətinə gedirəm. Ona görə də Allah özü hər şeyi görür və özü nə məsləhət bilir, o da olur. Belə xırda şeylərə gərək fikir verməyəsən”.

Q.Salahzadə ölkədə həyata keçirilən kadr islahatları və gənclərin irəli çəkilməsindən də danışıb:

“Mən Ulu öndərimiz Heydər Əliyevin də ardıcılı olmuşam, Prezidentimiz İlham Əliyevin də ardıcılıyam. Necə deyərlər, şirin balası şir olar. Allah Mehriban xanıma da cansağlığı versin, Prezidentimiz və Birinci vitse-prezidentimiz böyük işlər görürlər”.

Keçmiş deputat jurnalistlərdən həqiqətləri yazmağı xahiş edib:

“Mənim atam müəllim olub, qələmlə çörək qazanmağın nə olduğunu yaxşı bilirəm. Jurnalistlərə də böyük hörmətim var. Xahişim budur ki, nahaq yazılar yazmasınlar”.

Tarix
2019.12.29 / 14:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla