Yuxarı

Bayramın dəhşətli “oyuncağı”: sakinlər etiraz edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramın dəhşətli “oyuncağı”: sakinlər etiraz edir

13:46

Ölkəyə gətirilməsi və satışı qadağan edilən pirotexniki vasitələrin Sumqayıtda açıq şəkildə satışa çıxarılması şəhər sakinlərini narahat edib.

Bununla bağlı Axar.az-a şikayət məktubu göndərən Qurban Məmmədov adlı sakin bildirib ki, belə vasitələr hər kəsə açıq şəkildə təklif edilir.

Şikayətçinin sözlərinə görə, pirotexniki vasitələr Sumqayıtda, xüsusilə mərkəzi yerlərdə, “Sülh” küçəsi, Heydər Əliyev prospekti boyu, “Cavid” və “Karvan” ticarət mərkəzlərinin ətrafındakı məkanlarda, eləcə də böyük supermarketlərin qabağında, insanların sıx olduğu yerlərdə satılır. Şikayətçi aidiyyəti qurumların bununla bağlı lazımi addım atmasını istəyib:

“Bu məhsulların istifadəsi yüksək səs-küylə müşayiət olunur, həmçinin insan sağlamlığı üçün də təhlükə törədir. Ən dəhşətlisi də odur ki, bu təhlükəli vasitələrin alıcıları daha çox uşaqlardır”.

Xatırladaq ki, yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların satışı aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub.

***

Sumqayıt Şəhər İcra Hakimiyyətindən mövzu ilə bağlı açıqlama verilib.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Axar.az-a açıqlamasında partlayıcı oyuncaq və pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədi ilə aidiyyəti qurumlar tərəfindən şəhər ərazisində mütəmadi olaraq reydlər keçirildiyini, tədbirlər görüldüyünü bildirib.

Tarix
2019.12.30 / 17:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

Türkiyəli general Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla