Yuxarı

Nərmini görən sonuncu insan: Mənə dedi ki... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərmini görən sonuncu insan: Mənə dedi ki... - Video

Noyabrın 21-i qoyun otarmaqdan gəlirdim. Nərmin mənimlə nənəsinin evinin yanına qədər gəldi.

Bu sözləri Axar.az-a açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən və yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qohumu Maarif Quliyev deyib. O bildirib ki, Nərmini sonuncu görən insan məhz özü olub:

“Soruşdum, hara gedirsən, dedi, nənəmgilə. Söhbət edə-edə gəlirdik. Dedim, ay qızım, neçədə oxuyursan? Dedi, 5-ci sinfə keçdim. Qiymətlərini soruşdum, “4”, “5” aldığını dedi. Mən də ona dedim ki, sağlıq olsun, 6 ildən sonra ali məktəbə qəbul olsan, sənə xüsusi hədiyyəm olacaq. Allah rəhmət eləsin... Bu əməli törədələrin qanında erməni qanı var”.

M.Quliyev həmin gün Nərminin davranışlarında hər hansı şübhəli məqam hiss etmədiyini deyib.

Xatırladaq ki, 10 yaşlı Nərmin Quliyeva 21 noyabr tarixində qonşuluqda olan əmisigilin evinə atasının gödəkcəsini götürmək üçün gedib. Gödəkcəni götürdükdən sonra isə yoxa çıxıb.

Hadisədən 2 ay sonra 10 yaşlı N.Quliyevanın yanmış meyiti kənd ərazisində aşkarlanıb.

Tarix
2020.01.08 / 13:47
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla