Yuxarı

Emin Hüseynovun səfirlikdə gizləndiyi təsdiqləndi – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emin Hüseynovun səfirlikdə gizləndiyi təsdiqləndi – Rəsmi

RATİ sədri Emin Hüseynovun İsveçrənin Azərbaycandakı səfirliyində gizlənməsi barədə xəbərlərə Xarici İşlər Nazirliyi rəsmi münasibət bildirib.

Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sorğuya cavab olaraq deyib:

"Azərbaycan Respublikasının vətəndaşı Emin Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində Emin Hüseynovun "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" ictimai birliyinin sədri kimi qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1.575.956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınmaqda əsaslı şübhələr müəyyən edilib.

07 iyul 2014-cü il tarixindən etibarən Emin Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində gizlənib.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ vardır.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Xatırladaq ki, E.Hüseynovun İsveçrənin Bakıdakı səfirliyində gizlənməsi barədə məlumatı xarici mediaya istinadla "Azadlıq" radiosu yayımlamışdı.

Tarix
2015.02.13 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla