Yuxarı

Nərminin qatilinə polis kömək edib? "Qətldə 4 şəxsin əli var..." - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərminin qatilinə polis kömək edib? "Qətldə 4 şəxsin əli var..." - Video

10:17

Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyevanın qatili İlkin Süleymanovun əmisi oğlunun polis olduğu və onun Süleymanovların evində axtarış aparmasına mane olması barədə yayılan xəbərlərlə bağlı araşdırma aparılıb. Məlum olub ki, onun əmisi oğlu həqiqətən də polisdir.

Bu sözləri Axar.az-a açıqlamasında DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, İlkin Süleymanovun əmisi oğlu sıravi bir polis serjantıdır, Nərminlə bağlı aparılan əməliyyatda və istintaqda da iştirak etməyib.

E.Zahidov həmçinin qeyd edib ki, axtarış qrupuna rəhbərlik edən polis zabitinin istintaqa cəlb edilməsi ilə bağlı yayılan xəbərlər də şayiədir.

Məsələ ilə bağlı Nərmin Quliyevanın ailəsindən saytımıza bildirilib ki, İlkin Süleymanovun həqiqətən də rayonda polis vəzifəsində çalışan əmisi oğlu var. Amma onun istintaqa mane olması ilə bağlı yayılan xəbərlərin doğru olub-olmadığını bilmirlər.

Ailə onu da qeyd edib ki, Nərminin qətlində 4 nəfərin əli var. Lakin istintaq aparıldığı üçün əlavə məlumat verə bilmirlər:

"Nərminin 7 mərasimindən sonra hüquq-mühafizə orqanları daha ətraflı məlumat verəcək".

Tarix
2020.01.11 / 12:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla