Yuxarı

Mayoru ölümlə hədələyən şəxsi hansı cəza gözləyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mayoru ölümlə hədələyən şəxsi hansı cəza gözləyir?

11:13

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevi Feysbuk sosial şəbəkəsində ölümlə təhdid edən “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi iki ilədək həbs cəzası ala bilər.

Bu barədə Axar.az-a hüquqşünas Səməd Vəkilov Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevi ölümlə təhdid etməkdə təqsirləndirilən Fərid Quliyevin cinayət işinin başa çatması və məhkəməyə göndərilməsi haqda danışarkən deyib.

“1984-cü il təvəllüdlü Fərid Quliyevə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi açılıb. Bu maddə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə - hədənin icra ediləcəyi üçün real əsaslar olduqda açılır. Həmin şəxsi min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”, – deyə S.Vəkilov bildirib.

Xatırladaq ki, 1984-cü il təvəllüdlü Fərid Quliyev adlı şəxs Feysbukda “Evez VAhidoviç” adı ilə özünə hesab açmış və o hesabla Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevi dəfələrlə ölümlə hədəyərək, statuslar paylaşırdı. Son paylaşımında isə o, E.Hacıyevin başına 10 min manat pul qoyduğunu yazmışdı.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilmiş və saxlanılmışdı. Yaşadığı evə baxış zamanı oradan 1 ədəd təklüləli yivsiz ov tüfəngi və “Makarov” tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülmüşdü.

İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf etmişdi.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Tarix
2020.01.15 / 13:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla