Yuxarı

“Azercell”in dəstəyi ilə şagirdlər ilin ilk uğuruna imza atdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin 8-15 yanvar tarixlərində Qazaxıstanın Almatı şəhərində 16-cı Beynəlxalq Jautikov Olimpiadası baş tutub. 20 ölkədən 82-i komandanın qatıldığı bu olimpiadada, məktəblilərimiz 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Axar.az xəbər verir ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov informatika fənni üzrə qızıl medala layiq görülməklə, bu fənn üzrə beynəlxalq olimpiadalar tariximizdə ilk ali mükafatı Azərbaycana gətirib. Eyni zamanda, həmin liseyin 11-ci sinif şagirdi Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal ilə təltif olunublar. Həmçinin fizika fənni üzrə ölkəmizi olimpiadada layiqincə təmsil edərək, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc medal qazanıb.

Məktəblilərimizin bu uğurunda Azercell Telekom MMC-nin xüsusi əməyi var. Belə ki, Təhsil Nazirliyi və “Azercell”in dəstəyi ilə təşkil olunan mərkəzlərdə şagirdlər İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşa, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.

Xatırladaq ki, Azercell cari ilin avqust ayında ölkəmizin ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəqəmsal sponsoru qismində təmsil olunub. Olimpiadaya Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qatılıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2020.01.17 / 17:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla