Yuxarı

Artur Rasizadə İranın Xarici İşlər naziri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artur Rasizadə İranın Xarici İşlər naziri ilə görüşdü

Fevralın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycanla İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən söz açan tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd ediblər. Xüsusən enerji təchizatı, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə aparılan müştərək işlərin səmərəli nəticələr verdiyi xatırlanaraq, bu istiqamətdə mütəmadi görüşlərin və təcrübə mübadiləsinin aparılmasının vacibliyi bildirilib.

Beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan tərəflər terrorçuluqla və ekstremizmlə mübarizə, habelə regional münaqişələrin həlli mövzusunda söhbət aparıblar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən problemin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyü bir daha vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2015.02.16 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla