Yuxarı

Azərbaycanda 12 nəfər koronavirusdan ölüb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 12 nəfər koronavirusdan ölüb? - Açıqlama

Azərbaycanın baş infeksionisti Cəlal İsayev özünü müxalifətçi adlandıran Elvin Abdullazadə adlı şəxsin Azərbaycanda 12 nəfərin koronavirusdan ölməsi ilə bağlı sosial şəbəkədə yazdığı məlumatlara münasibət bildirib.

C.İsayev Trend-ə açıqlamasında həmin məlumatı təkzib edərək bildirib ki, belə xəbərlərin yayılmasında məqsəd insanlar arasında ajiotaj yaratmaqdır:

"Azərbaycanda 12 nəfər koronavirusdan ölsə, belə sakitlik olar?! Heç mümkündürmü ki, onların birinin də olsa qohumu heç nə deməsin?! Bu məlumat tamamilə yalandır".

Baş infeksionist Azərbaycanda indiyədək koronavirusa yoluxma halının qeydə alınmadığını da söyləyib.

Mütəxəssis əlavə edib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur:

“Bu zaman insanlarda zökəm əlamətləri - burun tutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Əgər xəstəlik ağır gedişatlı olarsa, ağciyər çatışmazlığı baş verir, bu da sonda ölümə səbəb ola bilir. Amma bu, o demək deyil ki, kiminsə boğazında qıcıqlanma varsa, o, koronavirusa yoluxub. Bu gün bu virus ölkəmizdə yoxdur və gətirilməsi ehtimalı da azdır”.

C.İsayev koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsini də mümkün saymayıb: "Bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər. Belə xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə etdikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Onun insanlara sənaye malları vasitəsilə keçirilməsi mümkünsüzdür”.

Koronavirusun istiyə davamlı olmadığını söyləyən baş infeksionist bildirib ki, koronavirus 37 dərəcə istidə 15 dəqiqəyə, otaq temperaturunda isə 3-4 saata məhv olur. O, havalar istiləşdikcə bu virusa yoluxma halının azalacağını da nəzərə çatdırıb.

Qeyd edək ki, özünü müxalifətçi adlandıran Elvin Abdullazadə adlı şəxs sosial şəbəkədə Azərbaycanda 12 nəfərin koronavirusdan öldüyünü, lakin dövlət qurumlarının bunu gizlətdiklərini söyləyib. O, ölən şəxslərdən birinin hətta qohumu olduğunu iddia edir.

E.Abdullazadənin fikrincə, virus ölkəmizə Çindən gətirilən sənaye malları vasitəsilə yayılıb.

Tarix
2020.02.04 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla