Yuxarı

“Azərsun Holdinq”də qanvermə aksiyası keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsun Holdinq”də qanvermə aksiyası keçirildi - Foto

Hər zaman müxtəlif sosial layihələr reallaşdıran “Azərsun Holdinq” növbəti dəfə ənənəsinə sadiq qalıb. Şirkətlər Qrupu Mərkəzi Qan Bankı ilə birgə “Qan ver - yaşat” şüarı altında qanvermə aksiya təşkil edib.

Axar.az xəbər verir ki, “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində keçirilmiş aksiyada Şirkətlər Qrupunun əməkdaşları, media mənsubları və Masazır sakinləri iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edən Holdinqin Müşahidə Şurasının sədri Abdulbari Gözəl əməkdaşlar qarşısında çıxış edərək qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib. Şirkət rəhbəri hər kəsin sosial durumundan asılı olmayaraq, ən azından qan verməklə həyat xilas edə biləcəyini vurğulayıb. O, “Azərsun Holdinq”də çalışanların yalnız qida təhlükəsizliyi, yüksək keyfiyyətli məhsulların istehsalı ilə deyil, eyni zamanda qanı və canı hesabına Azərbaycana xidmət etdiyini və bu fəlsəfənin heç zaman dəyişməyəciyini bildirdi.

Daha sonra media mənsubları ilə görüşən Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri bu il qanvermə aksiyasının əvvəlki illərlə müqayisədə fevralda keçirilməsinin Mərkəzi Qan Bankında qan qıtlığının yaranması ilə əlaqədar olduğunu söyləyib. A.Gözəl bütün şirkətlərin bu cür sosial layihələr həyata keçirməli olduğunu qeyd edərək “Azərsun Holdinq”in hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşdığını vurğuladı.

Jurnalistlərin suallarını cavablandıran Mərkəzi Qan Bankının sədrinin müavini Namirə Abbasova “Azərsun Holdinq”in illərdir bu sosial aksiyanı həyata keçirdiyini və yüzlərlə əməkdaşın qan verərək dəstək olduğunu qeyd edərək, təşəkkürünü bildirib.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 14-cü ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

Tarix
2020.02.05 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla