Yuxarı

“Azercell” “Busuu” tətbiqini xüsusi şərtlərlə təklif edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell” “Busuu” tətbiqini xüsusi şərtlərlə təklif edir

Müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən Azercell Telekom, rəqəmsal məhsullar portfelini növbəti dəfə zənginləşdirir və xarici dilləri öyrənmək, dil biliklərini inkişaf etdirmək istəyən abunəçiləri üçün “Busuu” tətbiqini təqdim edir.

Axar.az xəbər verir ki, xarici dil öyrənmək üçün dünyanın 10 ən yaxşı mobil tətbiqi sırasında yer alan “Busuu”nun hazırda 90 milyondan artıq istifadəçisi var. “Busuu” virtual xarici dil müəllimi olaraq, eyni anda 12 dil (ingilis, rus, italiyan, alman, fransız, ispan, portuqal, Çin, yapon, türk, ərəb və polyak) öyrənmək, xüsusi proqramla hazırlanmış qrammatika, yazı, dinləmə və danışıq məşqlərinə qatılmaq, “Busuu” sosial şəbəkəsində yeni dostlar qazanıb, onlarla ünsiyyət quraraq dil biliklərini genişləndirmək və Beynəlxalq McGraw-Hill sertifikatını əldə etmək imkanlarını bir arada cəmləyir. Xidmətin daha bir üstünlüyü də odur ki, qeydiyyatdan keçdikdən sonra hər bir tələbənin bilik səviyyəsi yoxlanır və o müvafiq dərs qrupuna təyin edilir.

Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan “Busuu” tətbiqini App Store və ya Play Store-dan yüklədikdən sonra, 0.20 AZN ödəməklə günlük paketi və ya 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Xidmətə qoşulma qaydası çox sadədir: günlük paketə abunə olmaq üçün smartfonun ekranında *696#YES, aylıq paket üçün isə *969#yes komandasının yığılması kifayətdir.

Azercell-lə “Busuu” artıq hər kəs üçün əlçatan oldu! Xarici dil biliklərinizi vaxtınıza qənaət edərək “Busuu” ilə təkmilləşdirin!

Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/busuu/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2020.02.07 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla