Yuxarı

Bakı polisi yollardakı vəziyyəti açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı polisi yollardakı vəziyyəti açıqladı

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakının enişli-yoxuşlu yollarında, xüsusilə Yasamal rayonu ərazisində və aeroport yolunda qar yağır və duman müşahidə edilir.

Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, hava şəraiti ilə əlaqədar yollarda sürüşmə ehtimalı artır: "Hazırda paytaxtın enişli-yoxuşlu yolları və sərt döngələri nəzarətə götürülüb və vəziyyətlə əlaqədar sürücülərə müraciət edərək bildiririk ki, şəxsi avtomobildən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Hər birimiz belə havada peşəkar sürücülərin hərəkətinə şərait yaratmalıyıq. Sürücülərə yalnız texniki cəhətdən tamamilə saz vəziyyətdə olan avtomobillərdən istifadə etmələrini tövsiyə edirik".

V.Əsədov həmçinin sürücülərə sürət həddini minimumuma endirməyi, ara məsafəsini isə normadan artıq saxlamağı tövsiyə edib: "Əyləc sistemindən istifadə edilməsi avtomobilin sürüşüməsinə səbəb olar ki, bu da yol qəzası deməkdir. Ona görə də yol və meteoroloji şəraiti nəzərə almalarını tövsiyə edirik".

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 23-nə qədər ölkə ərazisində qeyri-sabit, qarlı, çovğunlu hava şəraitinin üstünlük təşkil edəcəyini bildiriblər.

Tarix
2015.02.21 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla