Yuxarı

Heç bir fabriklə anlaşmamız yoxdur – Təhsil Nazirliyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç bir fabriklə anlaşmamız yoxdur – Təhsil Nazirliyi

Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məktəbli formaları ilə bağlı aparılan ictimai müzakirəyə həsr olunmuş görüş keçirilib.

Sputnik.az-ın məlumatına görə, tədbirdə təhsil nazirinin müavinləri İdris İsayev, Məhəbbət Vəliyeva, nazirin müşaviri Elnur Məmmədov, İctimai Şuranın sədri və üzvləri, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, ölkədəki tikiş müəssisələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə yeni məktəbli forması ilə bağlı müzakirə aparılıb. Təhsil nazirliyi rəsmiləri bəyan ediblər ki, məktəbli formasının tikilməsi ilə bağlı nazirliklə hər hansı tikiş müəssisəsi arasında heç bir anlaşma yoxdur. Nazirlik nümayəndələri məktəbli formasının tikilməsi mexanizminin tam şəffaf keçiriləcəyini, bu məsələdə maraqlı tərəf olmadıqlarını bildiriblər. Daha sonra çıxış edən AİB sədri Eyyub Hüseynov bildirib ki, məktəbli formalarının tikilməsi üçün bazara daxil olan tikiş müəssisələri ilə məktəb direktorları əlbir olmamalıdır. Tikiş müəssisələrinə tapşırılıb ki, bunun mexanizmi açıqlansın. O, bildirib ki, məktəbli formasında keyfiyyət məsələsinə diqqət yetirilməli, forma tikilişini bir tikiş müəssisəsinə həvalə etməklə qiymət diktəsinə yol vermək olmaz. Məktəbli formaları ilə bağlı təkliflər qəbul olunub. Tədbirdə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində qaldırılan bu məsələnin davamı olaraq keçirilən görüşdə Təhsil Nazirliyinin iştirakının təmin edildiyi, görüşün baş tutması üçün İctimai Şuranın məsul işçilərinə Nadir İsrafilova və İlqar Orucova təşəkkür edilib.

Qeyd edək ki, Bakı Tikiş Evinin satış rəhbəri Etibar Əzimov mətbuata açıqlamasında bildirmişdi ki, yeni məktəbli formalarının tikilməsi üçün Təhsil Nazirliyi yanında yaradılan İşçi Qrupunda onların təqdim etdiyi məktəbli formaları eskizləri qəbul olunub. Əzimov hətta nazirliyin məktəbli formasını BTE-nin tikməsinə razı olduğunu bəyan etmişdi. Bu gün keçirilən tədbirdə Təhsil nazirliyi rəsminləri Əzimovun bu fikrini təkzib ediblər.

Tarix
2020.02.11 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla