Yuxarı

Zamirə üçün bu gün sondur: ya söz, ya da 100 milyon…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zamirə üçün bu gün sondur: ya söz, ya da 100 milyon…

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bu gün London məhkəməsində mülklərinin mənbəyi ilə bağlı açıqlama verməsə, 100 milyon manatdan artıq dəyərləndirilən mal-mülk İngiltərə dövlətinin ixtiyarına keçəcək.

Axar.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, bu gün London məhkəməsində Zamirə Hacıyeva açıqlama verməlidir. Vəkilləri ötən ilin dekabrında Britaniya Milli Cinayət Agentliyinin onun mülkünü müsadirə etməsi cəhdinə qarşı apellyasiya şikayəti vermişdi. Lakin 2020-ci il fevralın 5-də onun şikayəti rədd edilib.

Apellyasiya Məhkəməsinin üç hakimindən biri Lord Burnett deyib ki, Zamirə Hacıyevanın bu qərardan şikayət etmək üçün icazə almaq barədə vəsatəti də rədd edilib. Bu o deməkdir ki, o, qərardan İngiltərə Ali Məhkəməsinə şikayət edə bilməyəcək.

Hakimlər onun 2 il əvvəl “İzahedilməz Sərvət Sərəncamı”nın qanuni hədəfi olduğunu bildirib. Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyi (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək.

Zamirə Hacıyeva mal-mülkün alınmasına xərclənən pulun mənbəyini göstərərsə, Milli Cinayət Agentliyi həmin sənədləri 60 gün ərzində öyrənərək əmlakın mənimsənilməsi, yaxud geri qaytarılması barədə yekun qərar verəcək.

Hüquqşünaslar bildirir ki, bu pullar Azərbaycan büdcəsindən oğurlanaraq Londona ötürülüb. Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri onmilyonlarla ölçülən varidat faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaitidir. Azərbaycan dövləti gələcəkdə sübut etsə ki, əmlaklar ona məxsusdur, həmin əmlakların qarşılığını ala bilər.

Tarix
2020.02.12 / 09:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla