Yuxarı

ATU-da bu ixtisas niyə yaradıldı? - Ekspert açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATU-da bu ixtisas niyə yaradıldı? - Ekspert açıqladı

Azərbaycan Tibb Universitetində tibb bacısı ixtisasının yaradılması bu sahədə daha peşəkar kadrların yetişməsi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bunu Axar.az-a açıqlamasında təhsil eksperti İlkin Həsənov deyib.

Ekspert sözügedən ixtisasa dünyada, eləcə də ölkəmizdə böyük ehtiyacın olduğunu bildirib:

“Dünya ölkələrinə baxdıqda görürük ki, tibb bacısı ixtisasına böyük ehtiyac var. Tibb bacısı ixtisası kollec və peşə məktəblərində tədris olunur. Amma qeyd etmək lazımdır ki, bu ixtisas böyük məsuliyyət tələb edir. Onun Azərbaycan Tibb Universitetində (ATU) ixtisas olaraq yenidən yaradılması, ali səviyyədə tədris olunması əslində çox yaxşı haldır. Yəni kollec və peşə məktəblərində verilən təhsillə ali məktəbdə verilən təhsil arasında fərq olur. Çünki ATU-nun xəstəxanalarında praktik bazalardan istifadə edərək yetişir”.

Ekspert bildirib ki, hazırda yeni yaradılmış bu ixtisasın proqramı üzərində işlər aparılır:

“Bir məqamı da diqqətinizə çatdırım ki, bu proqramların 3-5 ildən bir yenilənməsi zəruridir. Bu da dövrün tələbinə uyğunlaşmaqdan irəli gəlir. Ümumiyyətlə, zaman-zaman bütün universitetlərdə tələbata uyğun olaraq həm ixtisaslar, həm də onların proqramları yenilənməlidir”.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində bundan sonra tibb bacısı ixtisası üzrə də təhsil almaq mümkün olacaq.

Tarix
2020.02.12 / 17:21
Müəllif
Səidə Vahid
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla