Yuxarı

Ləğvetmə başladı: 3 məntəqənin nəticəsi silindi - Təcili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ləğvetmə başladı:

11:13

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala seçki dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.

Axar.az xəbər verir ki, 111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov Apa-ya açıqlamasında dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olduğunu bildirib.

Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.

123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev isə bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.

Xatırladaq ki, nəticələrə görə, 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürmüş Aqil Məmmədov (Kəlbəcər İH başçısı) 71,8% səslə, 111 saylı Zaqatala seçki dairəsi üzrə isə Kamilə Əliyeva 53, 9% səslə lider idilər.

Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyası daxil olan şikayətlərlə bağlı iclas keçirəcək. İclasda mühüm qərarların veriləcəyi gözlənilir.

Tarix
2020.02.13 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla