Yuxarı

Nərminin qətli ilə bağlı yeni xəbər: 3 nəfər istintaqa çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində adı hallanan kənd sakini Altay Ələkbərov, hadisəni gördüyü iddia edilən Asif Ələkbərov və Vüsal Rzayev istintaqa çağırılıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Məlumatda bildirilir ki, Nərmin Quliyevanın qətli ilə bağlı sosial şəbəkədə yayılan anonim səs yazısında adı hallarnan şəxslər istintaqa çağırılıb: "Audioyazı istintaqa təqdim olunub və bununla bağlı araşdırmalara başlanıb. Həmin audioyazıda adı hallanan şəxslər istintaqa çağırılıb, ifadələri alınır".

Xatırladaq ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

Tarix
2020.02.13 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla