Yuxarı

Siyahı açıqlandı: Bakı ilk beşlikdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyahı açıqlandı: Bakı ilk beşlikdə

Məşhur “booking.com” saytı futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək populyar şəhərlərin siyahısını açıqlayıb.

Azərtac xəbər verir ki, turnirin dörd oyununa ev sahibliyi edəcək Bakı ilk beşlikdə qərarlaşıb. Sankt-Peterburqun birinci olduğu siyahıda sonrakı yerlərdə Roma, Kopenhagen, Bakı və Dublin şəhərləri yer alıblar.

Sayt çempionatın maraqlı üç oyununu da açıqlayıb. Belə ki, iyunun 13-də Danimarka və Finlandiya yığmaları arasında Kopenhagendə keçiriləcək matç ilk pillədə qərarlaşıb. İkinci yerdə isə iyunun 13-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq Uels-İsveçrə qarşılaşması yer alıb. İlk üçlüyü iyunun 17-də Sankt-Peterburqda baş tutacaq Rusiya-Finlandiya matçı tamamlayıb.

İngiltərə, Finlandiya və İsveç azarkeşləri Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ən çox otel sifariş edənlər sıyahısında ilk üçlükdə yer alıblar.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.

Tarix
2020.02.13 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

Azərbaycan və Özbəkistan XİN başçıları danışdı

Azərbaycanla tarixi uğura imza atdıq - Kobaxidze

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla