Yuxarı

Beynəlxalq və yerli mütəxəssislər Bakıda toplaşdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq və yerli mütəxəssislər Bakıda toplaşdı - Foto

Fevralın 15-16-da Heydər Əliyev Mərkəzində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli Fərdlər” Konqresi təşkil olunub.

Axar.az xəbər veriri ki, bu il konqresin mövzusu autizmdir.

“Fərqli Fərdlər” Konqresinin əsas məqsədi ictimaiyyətin diqqətini autizm mövzusuna maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləməkdir.

Konqresin məruzəçiləri qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, autizimli uşaqların valideynləri, eləcə də öz həyat və uğur tarixçələrini danışan autizm diaqnozlu insanlar çıxış edib.

Tədbirin ilk günü “Bilmək və qəbul etmək” paneli ilə öz işinə başlayıb. Bu panel çərçivəsində öz məruzələri ilə “Konsepsiya” elmi mərkəzinin psixoloqu, autizmli uşağın valideyni və panelin moderatoru Arina Lipkina (Rusiya) - “ASP diaqnozlu uşaqların valideynləri üçün psixoterapiya: psixoloji yardım və tövsiyələr” mövzusunda; “Açıq ürəklər” fondunun eksperti, uşaqların inkişafı və psixoloji sağlamlığı üzrə mütəxəssis Tatyana Morozova (Rusiya) və uşaq nevroloqu, “Açıq ürəklər” fondunun eksperti Svyatoslav Dovbnya “Effektivliyi sübut olunmuş ASP-li uşaqlar üçün hərtərəfli qayğı proqramı: “Açıq ürəklər” fondunun təcrübə proqramı” mövzusunda çıxış ediblər. Panel surdo-tərcümə (işarə dili) ilə müşayiət olunub.

Daha sonra Konqres öz işini “Fərqli həyat” paneli ilə davam etdirib. Panelin moderatoru “Fərqli Fərdlər” konqresinin prodüseri, ASP diaqnozlu uşaqlara dəstək mərkəzinin rəhbəri, autizmli şəxs Antonina Steynberqdir (Rusiya). Ekspertlər sırasında Moskva Dövlət Universitetinin böyük elmi işçisi və müəllimi, kimya elmləri namizədi, autizmli şəxs Aleksey Voskov (Rusiya); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinnin Beynəlxalq şöbəsinin müdir müavini, autizmli uşağın valideyni Elnarə Ənsari və autizimli uşaqlar - Orxan Məstəliyev və Ayşə Məmmədli yer alıb.

“Fərqli Fərdlər” konqresi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir.

Tarix
2020.02.15 / 10:57
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla