Yuxarı

Karantində saxlanılan azərbaycanlılar vətənə qayıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantində saxlanılan azərbaycanlılar vətənə qayıdır

Çin Xalq Respublikasının Uhan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyə olunan və Ankaradakı Doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları fevralın 15-də həmin xəstəxananı tərk ediblər.

Axar.az xəbər verir ki, təxliyə olunan vətəndaşlarımız xəstəxananı tərk edəndən sonra Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olub, Ulu Öndərin abidəsini ziyarət ediblər. Ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları Ankarada fəaliyyət göstərən Buta Bakı Azərbaycan Tanıtma Evində həmvətənlərimizlə görüşüblər. Görüşdə Çindən qayıdan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə və Türkiyə dövlətinə təxliyə ilə bağlı göstərilən dəstək və qayğıya görə təşəkkür ediblər.

Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər. Onların Bakı vaxtı ilə saat 16:20-də Azərbaycana çatmaları gözlənilir.

Çindən təxliyə olunan Azərbaycan vətəndaşları bunlardır: Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov, Elşən Musazadə.

Qeyd edək ki, vətəndaşlarımız Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.

Tarix
2020.02.15 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla