Yuxarı

Azərbaycanlı tələbələr bu ölkələrdən geri qayıtmaq istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı tələbələr bu ölkələrdən geri qayıtmaq istəyir

Hazırda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də Azərbaycanda yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə sənədlərin emalı prosesi gedir.

Təhsil Nazirliyindən Report-a bildirilib ki, köçürülmənin nəticələri tələbələrin qeydiyyatdan keçdiyi nömrələrinə sms vasitəsilə göndəriləcək.

Qeyd olunub ki, bu il də Türkiyə, Gürcüstan, Ukrayna universitetlərindən köçürülmə üçün müraciətlər üstünlük təşkil edir.

Nazirliyin məlumatına görə, ixtisas dəyişimi isə yalnız tələbənin oxuduğu ixtisas qrupu daxilində olduğuna görə bunun statistikası aparılmır: "Müsbət cavab almayan müraciətlərin əsas səbəbi köçürülmə qaydaları tələbini ödəməməsidir".

Qeyd edək ki, fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 3 083 tələbənin müraciəti qeydə alınıb. Ali təhsil müəssisələrindən köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edənlərin sayı 2 668 nəfər, orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 415 nəfər təşkil edir.

Tarix
2020.02.18 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla