Yuxarı

Bakı-Ankara qatarı: heyrətamiz komfort - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Ankara qatarı: heyrətamiz komfort - Video

2020.02.20 - 14:18

Hələlik istifadəyə veriləcəyi vaxt məlum olmayan Bakı-Tiflis-Ankara qatarının içindən hazırlanmış reportaj marağa səbəb olub.

Axar.az xəbər verir ki, bloger Xanlar Molanov sözügedən qatardakı xidmətlər, şərait və vətəndaşlar üçün yaradılmış imkanları təqdim edib.

Reрortajdan aydın olur ki, 10 vaqondan ibarət olan qatar ümumilikdə 257 sərnişin üçün nəzərdə tutulub. Vaqonlardan 6-sı ikinci sinif, biri isə xüsusilə əlil arabası ilə olan vətəndaşlar üçün nəzərdə tutulmuş vaqondur.

Restoran-vaqonda 28 nəfərlik yer var.

Daha iki vaqonun isə biri birinci sinif, digəri qarışıq, yəni birinci və ikinci siniflərdən ibarətdir.

İkinci sinif kupelərdə ənənəvi qaydada oturacaqlar və yataq var. Əlavə olaraq televizoru və hər bir sərnişinin özünün idarə edə biləcəyi istilik və sərinlədici havalandırma sistemi mövcuddur. Kupenin qapı girişinin üstündəki işarələrdən tualet və hamamın boş və ya dolu olduğunu görmək, kupenin işığını yandırıb-söndürmək mümkündür. Həmçinin xüsusi düymə var ki, onu basaraq bələdçini çağıra bilərsiniz. Bu zaman qapı girişinin üstündə qırmızı işıq yanır və bələdçi sizə yaxınlaşır. Hər kupedə xüsusi seyf var ki, qiymətli əşyalarınızı ora yerləşdirib qapısını örtə bilərsiniz. Seyfin qapısını isə ancaq sizdə olan kart vasitəsilə açmaq mümkündür.

Kupedə həmçinin musiqi mərkəzi, mahnıya qulaq asmaq üçün xüsusi qulaqcıq yerləri də mövcuddur.

Birinci sinif 4 nəfərlik kupelərdə ayrıca tualet və hamam otağı var. Həmçinin birinci sinif vaqonlarda 4 nəfərlik kupelərin arasında açılıb-bağlana bilən arakəsmə də var ki, ailələr iki kupeni götürüb rahatlıqla qala bilərlər. Bu kupelərdə duş da quraşdırılıb.

Əksər qapılar maqnitlidir. Səbəb isə hərəkət zamanı qapıların çırpılmaması üçündür...

İndi isə hamını maraqlandıran Azərbaycanın İsveçrədən aldığı yeni "Stadler" vaqonlarının istifadəyə veriləcəyi günün tarixidir.

Mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a bildirilib ki, Bakı-Tiflis-Ankara reysi üçün nəzərdə tutulmuş qatarlar uzun müddətdir Bakıdadır:

“Qatarlar hələlik sınaqdadır. 10 vaqondan ibarət olan ilk qatar ötən ilin martında Azərbaycana gətirilib. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub.

Sözügedən istiqamət üzrə səfərlərin nə vaxt başlayacağı ilə bağlı məlumat veriləcək”.

Tarix
2020.02.21 / 00:19
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla