Yuxarı

Əsas qayəmiz unutmamaqdır... - Rektor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsas qayəmiz unutmamaqdır... - Rektor

Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 28-ci ildönümü münasibəti ilə “Əsrin faciəsi - Xocalı” mövzusunda dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, dəyirmi masa ADU YAP ilk ərazi təşkilatı, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə baş tutub.

ADU-nun rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla Xocalı soyqırımının xalqı həm öz gözündə, həm də beynəlxalq aləmdə birləşdirdiyini bildirib. Bu gün Ermənistanın keçmişi unudaraq yeni münasibətlərə başlamaq arzusunda olduğunu deyən rektor əlavə edib ki, Azərbaycan siyasətinin əsas qayəsi bu hadisələrin unudulmamasıdır.

K.Abdulla gənc nəslin bu hadisələrə biganə qalmayaraq yeni mərhələdən yanaşdıqlarına sevindiyini vurğulayıb. Azərbaycan multikulturalizmindən danışan rektor bir çox dünya universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunmasının Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılması istiqamətində mühüm addım olduğunu deyib. Kamal Abdulla Prezident İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasət nəticəsində və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həqiqətləri dünya xalqlarına qəbul etdirmək istiqamətində görülən mühüm işlərdən söz açıb.

ADU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov bildirib ki, Azərbaycanın azadlığa gedən yolu mürəkkəb olub, lakin bu dövrdə artıq bir çox uğurlar əldə olunub. Prorektor söyləyib ki, media və sosial şəbəkələrin inkişaf etdiyi dövrdə Azərbaycanın öz maraqlarını, Xocalı soyqırımını dünyaya çatdırmaq imkanları genişdir. N.Məmmədov bu hadisələrin düyaya çatdırılması nöqteyi-nəzərindən ADU-nun geniş beynəlxalq əlaqələrinin olduğunu qeyd edib.

Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU YAP ərazi təşkilatının sədri Sərraf Hüseynov “Xocalı faciəsi ilə bağlı ADU-nun gördüyü işlər”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Quliyev “Tarixin acı dərsi-Xocalı faciəsi”, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcid “Dağlıq Qarabağ münaqişəsində üçüncü tərəf faktoru”, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Pərvin Əliyeva “Xocalı soyqırımının tanınmasında Azərbaycanın diplomatik fəaliyyəti” mövzuları ilə çıxış ediblər.

Tarix
2020.02.25 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik!

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...

Naxçıvandan başlayan müstəqillik yolu

Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla