Yuxarı

Bu fenomen seçkilərin ayrılmaz hissəsinə çevrildi – MSK sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu fenomen seçkilərin ayrılmaz hissəsinə çevrildi – MSK sədri

Mərkəzi Seçki Komissiyasının iclası fasilədən sonra öz işini davam etdirir.

Axar.az xəbər verir ki, MSK sədri Məzahir Pənahov gündəlikdə duran növbəti məsələnin Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi olduğunu deyib.

MSK sədri bildirib ki, bu seçkilər Azərbaycan tarixində əhəmiyyətli bir hadisəyə çevrildi:

“Məmnuniyyətlə vurğulaya bilərəm ki, seçkilər bu dönəmdə ən yaddaqalan bir hadisəyə çevrildi. Kifayət qədər böyük sayda insanın iştirak etdiyi prosesin iştirakçılarının əksəriyyəti gənc idi. Bütün namizədlərə şərait yaradıldı. Həm namizədlərin sayına görə, həm də seçkiqabağı təşviqatın aparılması baxımından nümunəvi bir prosesin şahidi olduq. Bütün şəxslərə qeydə alınmağa şərait yaradıldı. Bütün Azərbaycan ərazisi seçkiqabağı təşviqatın aparılması üçün meydana çevrildi. Sosial şəbəkə fenomeni ilk gündən seçkilərin ayrılmaz artibutuna çevrildi. Məntəqələrin 96 faizində səsvermənin keçirilməsinə kölgə salacaq hadisə baş verməyib. Bu məqam seçkilərin ən ali mərtəbəsidir”.

Tarix
2020.02.25 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla